Millimizin rəqibi yoxlama oyunu keçirəcək

5 Mart 2013 10:17 (UTC+04:00)

Futbol üzrə Lüksemburq yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi rəsmi oyun ərəfəsində sınaq matçında qüvvəsini sınayacaq. Siasport.az saytının məlumatına görə, Lüksemburq millisi Almaniyanın "Saarbrucken" komandası ilə qarşılaşacaq. Almaniyanın üçüncü divizionunda çıxış edən bu klubla görüşün dəqiq tarixi hələ ki, məlum deyil.

Xatırladaq ki, Lüksemburq yığması Azərbaycan millisi ilə martın 22-də qarşılaşacaq.