Ailəsi dağılanların sayı 250 nəfəri keçib

4 Mart 2013 17:21 (UTC+04:00)

Gəncə şəhərində son bir il ərzində nigahın pozulması halları 250 nəfərə çatıb. Bu barədə SİA-nın bölgə müxbirinə Kəpəz rayon Dövlət Qeydiyyatı Şöbəsindən məlumat verilib. Açıqlanan məlumata əsasən 2012-ci ildə 903 nəfər nigaha düşüb. Ümumilikdə 2412 nəfər dünyaya gəlib, həyatını itirən şəxslərin sayı isə 929 nəfər olub.

Məlumatda həmçinin bildirilir ki, atalığın müəyyən edilməsi ilə bağlı 413 fakt qeydə alınıb. Övladlığa götürmə ilə ilə əlaqədar olaraq isə 10 fakt rəsmiləşdirilib.

İlahm Məmmədov