Müğənni Türkiyəyə ancaq toy üçün gedir

4 Mart 2013 17:19 (UTC+04:00)

Müğənni Elariz Məmmədoğlu qardaş ölkə olan Türkiyəyə ancaq el şənlikləri üçün getdiyini deyib. Elariz bu vaxtadək orada heç bir verilişdə qonaq olmadığını etiraf edib. SİA-ya danışan Məmmədoğlu Türkiyə kanallarında heç bir verilişlərdə iştirak etməməyinin səbəbini də açıqlayıb: "Türkiyəyə ancaq toy üçün dəvət almışam. Qardaş ölkənin heç bir verilişində iştirak etməmişəm. Buna səbəb isə məni Azərbaycan estradasının yaxşı toy ifaçısı kimi tanımaqlarıdır. Onu da deyim ki, bəzi həmkarlarımdan fərqli olaraq apardığım el şənlikləri konsertə bənzəyir".