"31 Mart soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün, səfirliklərimiz, konsulluqlarımız, diaspor təşkilatlarımız, eləcə də xaricdə təhsil alan tələbələr mütəmadi işlərini davam etdirməlidirlər. Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib.
Millət vəkilinin sözlərinə görə, Qeyri-hökümət təşkilatları (QHT) bu işdə daha fəal rol oynaya bilərlər: "Həmçinin xarici ölkələrdə rəsm müsabiqələrinin, inşa yazıların keçirilməsini, xüsusilə Kütləvi İnformasiya Vasitələrində (KİV) əlavə materiallarınn yerləşdirilməsini daha faydalı hesab etmək olar. 31 Mart soyqırımınının bu günə kimi açıqlanmayan məqamları ilə bağlı Azərbaycan arxivçilərinin materialları mövcuddur. Hesab edirəm ki, xarici ölkələrin arxivlərində indiyədək iş aparılsa da, gələcəkdə araşdırmalar aparılan zaman müəyyən məqamlar üzə çıxacaq".