Klaviatura kimi kompüter

4 Mart 2013 10:35 (UTC+04:00)

Layihə üzərində işlərə 2011-ci ildən başlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kompüter Android platformasında işləyir. CoolShip kompüteri 104 düymədən ibarətdir. Kompüterdə, həmçinin sağ tərəfdə yerləşdirilmiş yığcam sensor panel və dinamik mövcuddur. Klavişlərin alt hissəsində 1,5 QHs takt tezlikli ikinüvəli Rockchip RK3066 adlanan ARM prosessoru və Mali-400 qrafik kartı, həmçinin DDR3 tipli 1 QB əməli yaddaş yerləşir. Daxili fləş daşıyıcının (NAND) həcmi 4-8 QB ola bilər. Cihaza Android 4.0 (Ice Cream Sandwich) əməliyyat sistemi quraşdırılıb. CoolShip kompüteri monitora və ya televizora VGA və ya HDMI interfeysləri vasitəsilə qoşulur.Klaviaturanın arxa hissəsində iki ədəd USB 2.0 portu, 3,5 millimetrli audioçıxış, SD yaddaş kartları üçün slot, Ethernet LAN portu və Wi-Fi (802.11b/g/n) modulu var. Aparatın çəkisi 1,2 kiloqramdır. Ona, həmçinin 300 milliamper/saat tutumunda litium akkumulyatoru quraşdırılıb.