Müğənni Əli Mirəliyev "Plus-minus" verilişində gənc həmkarı Natavan Həbibini tənqid atəşinə tutub. SİA-nın verdiyi məlumata görə, müğənni bildirib ki, onun sadəcə hamını cəlb edən aldadıcı görkəmi var: "Mən professional ifaçıyam, bu səbəbdən də adi tamaşaçılardan fərqli olaraq, əsl ifanı seçə bilirəm. O, tərbiyəsizdir və bu səbəbdən nə oxuduğunu özü də bilmir. İstərdim ki, Natavan heç olmasa, mənim oxuduğumun 10%-ni oxusun. Tezliklə hamı başa düşəcək ki, mən doğru deyirəm".
N.Həbibinin uzun illər prodüseri və dostu olan Zorik də Gün.Az-a açıqlamasında Natavana dəstək çıxıb: "Natavan düz deyir, Əli Mirəliyev xəstə və dəlidir. O, ciddi psixoloji sarsıntı keçirir. Özü də bu xronikiləşib. Bu insanın adı Əli Mirəliyev yox, kloun olsa daha yaxşı olar. Son müsahibəsində isə deyib ki, Natavan Həbibi oxuya bilmir. Natavan kimi müğənnini qorumalıyıq. Azərbaycanda bir peşəkar müğənni varsa – hansı ki, notları bilir, oxumağını, geyimini bilir – bu, Natavan Həbibidir".