Nigeriyada qan su yerinə axdı

3 Mart 2013 23:29 (UTC+04:00)

Nigeriyanın təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində hərbi bazaya hücumun qarşısını alınan zaman 20 yaraqlının öldürüldüyünü bildirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, qətlə yetirilən yaraqlıların Boko Haram qrupunun üzvləri olduğunu bildirib. Yaraqlılar bazaya hücuma cəhd göstərən vaxt baş verən atışma zamanı qətlə yetirilib.

Boko Haram Nigeriyada zorakı əməliyyatlara 2009-cu ildə başlayıb. Qrupun məktəblər, kilsələr, hökumət binaları, bazarlar, qəzet redaksiyaları və BMT-nin yerli ofislərində həyata keçirdiyi hücumlar nəticəsində təxminən 3 min insanın həlak olduğu bildirilir.