II Yelizaveta xəstəxanalıq oldu

3 Mart 2013 23:19 (UTC+04:00)

Böyük Britaniyanın kraliçası II Yelizaveta xəstələnib. Kraliçanı dərhal xəstəxanaya yerləşdiriblər. İngilis xəbər agentliklərinin verdiyi məlumata görə, kraliça bu gün Londonda yerləşən VII Edvard xəstəxanasına yerləşdirilib. Kraliçaya qastroentritin əlamətləri diaqnozu qoyulub. II Yelizavetanın iki gün xəstəxanada qalacağı gözlənilir.