"İnter" səfərdən qələbə ilə döndü

4 Mart 2013 11:23 (UTC+04:00)

İtaliya A Seriyasının 27-ci turu çərçivəsində səfərdə "Kataniya"nın qonağı olan Milan "İnter"i, görüşü qələbə ilə başa vurub. Siasport.az saytı xəbər verir ki, Milan təmsilçisi qarşılaşmada rəqibinin əzmkar müqavimətinə baxmayaraq, 3:2 hesablı qələbə qazanıb. Bu qələbədən sonra xal ehtiyatını 47-ə çatdıran "İnter" 4-cü sıraya yüksəlib. "Kataniya" isə 42 xalla kifayətlənib.