Rusiyanın Saxalin adası ərazisində 12 yaşayış məntəqəsində 13 mindən çox sakin işıqsız qalıb. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, son sutka ərzində adaya aylıq norma qədər yağıntı düşüb. Saxalinin 2 sutkaya yaxın ətraf aləmlə əlaqəsi kəsilib. Dükanlarda ərzaq və çörək qıtlığı yaranıb, ictimai nəqliyyatın işi iflic olub, məktəblər bağlanıb.
Sinoptiklər çovğunun hələ bir neçə gün də davam edəcəyini proqnozlaşdırırlar.