Sürücü avtomobildə sıxılmış vəziyyətdə qaldı

3 Mart 2013 11:06 (UTC+04:00)

Şamaxıda avtomobil ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Şamaxı rayonu, Mədrəsə qəsəbəsində "Mercedes" markalı minik avtomobilin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü xəsarət alıb. O, deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 01:10-da başa çatıb.