YAP Göygöl rayon Təşkilatının 20 illiyi FOTOLAR

2 Mart 2013 16:01 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon Təşkilatının yaranmasının 20 illiyi qeyd olunub. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə rayon rəhbərliyi, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və partiya fəalları iştirak edib.

Öncə ümummillli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Ardından tədbirin rəsmi hissəsi başlayıb. Partiyanın Gyögöl rayon təşkilatının sədri Turani Əliyev ötən 20 il ərzində həyata keçirilən işlərə nəzər salıb. Bildirilib ki, partiya ulu öndər Heydər Əliyevin və bu siyasi kursu layiqincə davam etdirən prezident İlham Əliyevin ideyalarını regionlarda layiqincə təbliğ etməyə çalışır. Rəsmi statistikaya əsasən bu gün YAP Göygöl rayon Təşkilatının 122 ərazi üzrə 4331 nəfər üzvü var. Onlardan 1433-nü gənclər, 2152-ni qadınlar 444 nəfərini isə veteranlar təşkil edir.

Tədbirin sonunda paotiyanın rayon təşkilatının fəal üzvülərinə qiymətli hədiyyələr eləcə də partiya üzvülüyünə qəbul olanlara üzvülük vəsiqləri təqdim olunub.

İlham Məmmədov