Seuldan Pxenyana xəbərdarlıq

1 Mart 2013 19:48 (UTC+04:00)

Cənubi Koreyanın yeni prezidenti bildirib ki, Şimali Koreya siyasətini dəyişməsə izolyasiya ilə qarşı-qarşıya qalacaq

Cənubi Koreyanın prezidenti Park Geyn Hey Şimali Koreyanın nüvə silahı testlərindən imtina etməli olduğunu, əks təqdirdə izolyasiya ilə qarşı-qarşıya qalacağını bildirib. Yeni prezident ilk çıxışında Şimali Koreyanı siyasətini dəyişməyə çağırıb və əks təqdirdə Seulla Pxenyan arasındakı əlaqələrin daha da pisləşəcəyinə dair xəbərdarlıq edib.

Cənubi Koreya lideri Şimali Koreyanın məsuliyyətli olmasını tələb edib.