Respublika turnirinin final mərhələsi keçiriləcək

1 Mart 2013 15:26 (UTC+04:00)

Martın 5-6-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Olimpiyaçılar aramızda" açıq Respublika turnirinin final mərhələsi keçiriləcək. Siasport.az saytının məlumatına görə, final mərhələsinin proqramına əsasən, martın 5-də sərbəst, 6-da isə yunan-Roma güləşçiləri arasında ən güclülər müəyyənləşəcək.

Yarışlar hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış mərasimi martın 5-i, saat 17:00-da keçiriləcək.

Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək, tam dəst idman geyimi ilə təmin ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.