"Orduspor"la keçirilən son çempionat qarşılaşmasında oyunun baş hakiminə qarşı kəskin etirazını bildirən və ədalət təmsilçisini təhqir edən "Qalatasaray"ın baş məşqçisi Fatih Terim, Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən ciddi şəkildə cəzalandırılıb. Siasport.az saytı xəbər verir ki, Türkiyə ali futbol qurumu, "imperator" ləqəbli məşhur futbol mütəxəssisini 3 oyunluq cəza və 30 min türk lirəsi ilə "mükafatlandırıb". F.Terimin köməkçisi olan Həsən Şaşa isə 1 matçlıq və 10 min lirə pul cəzası verilib.