Aşpaz həmkarını oxlovla döyüb öldürüb

1 Mart 2013 11:00 (UTC+04:00)

Bakının Xətai rayonu ərazisində restoran aşpazı həmkarını döyə-döyə öldürüb. SİA-nın xəbərinə görə, Xətai rayon Prokurorluğundan bildirilib ki, hadisə rayonun Fəzail Bayramov küçəsində yerləşən restoranların birində baş verib. Restoranda aşbazlar arasında yaranan mübahisə sonradan qanlı davaya çevrilib. Belə ki, aralarında yaranan mübahisə zəminində restoranda aşpaz işləyən 1991-ci il təvəllüdlü Adəm Əsədov iş yoldaşı Mövlan Mövlanovu oxlovla döyə-döyə öldürüb.

Hadisəni törədən Adəm Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.