Gənc bəstəkar-müğənni Ramal Əsədzadə ilə şəkilləri yayılan əməkdar artist Almaz Ələsgərli maraqlı açıqlama verib. O, şəxsi həyatını hec vaxt gündəmə gətirmək istəmədiyini dilə gətirib. SİA-ya açıqlama verən Almaz xoşbəxt olduğunu da xüsusilə diqqətə çatdırıb: "Şəxsi həyatımla heç vaxt gündəmə gəlməyə çalışmamışam. Ona görə bu mövzuda çox dərinə getmək istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, Ramal Əsədzadə dərs dediyim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində mənim tələbəmdir və mənə çox əzizdir. Hazırda da çox xoşbəxtəm".