Ölkə başçısı Qəbələyə səfər edib

28 Fevral 2013 15:00 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfərə edib. SİA-nın məlumatına görə, səfər zamanı dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.