Ruslan Abışov "87" nömrədə

28 Fevral 2013 12:37 (UTC+04:00)

"Rubin" yeni transferlərini iştirak ərizəsinə salıb. Siasport.az saytının məlumatına görə, klub yığmamızın üzvü Ruslan Abışovun da adını siyahısına daxil edib. O, komandasının şərəfini "87" nömrə altında qoruyacaq. Bundan başqa, "Rubin" özbəkistanlı yarımmüdafiəçi Vaqiz Qaliulin və gürcüstanlı hücumçu Nika Kaçaravanın da adını Rusiya Peşəkar Futbol Liqasına təqdim edib.

Xatırladaq ki, Ruslan Abışov "Rubin"lə 2,5 illik müqavilə bağlayıb