UEFA "Fənərbaxça"nı yenə cəzalandırdı

28 Fevral 2013 10:46 (UTC+04:00)

UEFA, bu dəfə də "Fənərbaxça"ya cəza "yağdırdı". Siasport.az saytı xəbər verir ki, Avropanın ali futbol qurumu, Avroliqanın 1/16 final mərhələsində "Bate ilə keçirilən cavab qarşılaşmasında meydana atılan yandırıcı maddələrə görə İstanbul klubunu yenə sərt şəkildə cəzalandırıb. Belə ki, "Fənərbaxça" Avroliqanın 1/8 final mərhələsi çərçivəsində Çexiya klubu ilə keçirəcəyi qarşılaşmanı yenə boş tribunalar qarşısında keçirəcək. Bundan başqa, UEFA İstanbul klubuna 600 min avro miqdarında maliyyə cəzası kəsib.