Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində "Xəzər Lənkəran" səfərdə "Rəvan"ın qonağı olub. Oyunun ilk hissəsini məğlub başa vuran cənub təmsilçisi ikinci hissədə əzmkar oyunla qalib gəlib - 2:1. Siasport.az saytı baş məşqçilərin fikirlərini təqdim edir:
Emin Quliyev, "Xəzər Lənkəran" klubunun məşqçisi: "Maraqlı oyun izlədik. İlk hissədə oyunumuz alınmadı, ikinci hissədə isə daha yaxşı oynadıq və qələbə qazandıq".
Ramil Əliyev, "Rəvan" klubunun baş məşqçisi: "İki fərqli hissə izlədik. İlk hissədə qazandığımız üstünlüyü ikinci hissədə qoruya bilmədik. Qapımızdan iki qol buraxdıq. Lənkəranda bizi maraqlı cavab oyunu gözləyir".