Əməkdar astistin səhhəti yaxşılaşır FOTO

27 Fevral 2013 15:15 (UTC+04:00)

Xərçənglə mübarizə aparan əməkdar artist Kübra Əliyevanın səhhəti müsbətə doğru gedir. Müalicələrdən sonra səhhətinin yaxşılaşdığını deyən aktisa: "Əməliyyatdan sonra kimya-terapiya alıram. Müayinədən keçdim və həkimlər hər şeyin yerində olduğunu bildirdilər. Hazırda özümü çox yaxşı hiss edirəm. Səhhətim get-gedə yaxşılaşır",- deyə fikirlərinə əlavə edib.

Xatırladaq ki, sinəsində xərçəng tapılan Kübra Əliyevanın əməliyyatla hər iki döşü kəsilib.