Həyat yoldaşını tərif yağışına tutdu

27 Fevral 2013 09:57 (UTC+04:00)

Bir çox Azərbaycan tamaşaçısının maraqla dinlədiyi türk müğənnisi Emre Altuğdan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi mətbuat nümayəndələri ilə həyat yoldaşı aktrisa Çağla Şikel haqqında danışıb: " Evliliyimiz çox mükəmməl şəkildə davam edir. Həyat yoldaşım artıq məni qısqanmır. Amma mən qısqanıram. Sevən insan qısqanar. İnsan sabahını, sevgilisini, ömür boyu onunla birgə yaşayan həyat yoldaşını necə qısqanmasın? Onu da qeyd etməliyəm ki, Çağla da qısqanılmayacaq qadın deyil".