Bakalavrlar, diqqətli olun!

26 Fevral 2013 15:37 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında iştirak etmək istəyən bakalavrlar üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb. Komissiyadan SİA-ya verilən məlumata görə, magistratura səviyyəsinə 1-ci mərhələ üzrə imtahana "Buraxılış vərəqəsi"nin çap edilməsi üçün qurumun saytına daxil olmaq lazımdır. Namizədlər martın 3-dək "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni əldə edə bilərlər. Onlar "Buraxılış vərəqəsi" olmadan imtahanda iştirak edə bilməzlər.

Xatırladaq ki, qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək.

Qeyd edək ki, iyunun 3-11-də magistraturaya proqram seçiminin aparılması, iyunun 23-də isə magistraturaya qəbul imtahanının II mərhələsinin keçirilməsi nəzərdə tutulur. İyunun 26-28-də isə magistraturaya ixtisaslaşma seçiminin aparılması planlaşdırılır.