DSMF-dən pensiyaçılara şad xəbər

26 Fevral 2013 12:51 (UTC+04:00)

"Əmək kitabçalarının surətləri Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrində çıxarılaraq təsdiq ediləcək". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. O bildirb ki, pensiya təyinatının avtomatlaşdırılması sahəsinsə DSMF-nin ən vacib problemi 2006-cı ilədək insanların sosial sığorta stajı barəsindəki məlumatların toplanmasıdır: "Bu problemin aradan qaldırılması üçün vətəndaşlar əmək kitabçalarının surətini çıxartdırmalı və notariuslarda təsdiq etdirməlidirlər. Lakin məlumdur ki, surətlərin notariuslarda təsdiq olunması üçün müəyyən qədər vəsait tələb olunur. Buna görə də, biz qərara gəldik ki, bu surətlər DSMF-nin yerli şöbələrində çıxarılsın və şöbə müdirinin müavini hər bir səhifəni imzaladıqdan sonra möhür vursun".

S.Müslümovun sözlərinə görə, bundan sonra bu surət əsas sənəd kimi götürüləcək və buradakı staj əsasında vətəndaşın 2006-cı ilə qədər olan dövr üçün topladığı pensiya kapitalı müəyyənləşəcək.