Məşhur aktyor ölkəmizdə idman filminə çəkiləcək

26 Fevral 2013 13:24 (UTC+04:00)

Fransalı məşhur kinoaktyor Jerar Depardye Azərbaycanda idmanla bağlı filmə çəkiləcək. Siasport.az saytının məlumatına görə, bunu onun həmyerlisi kinoprodüser Arno Frille açıqlayıb. O, Rusiya mətbuatına verdiyi müsahibədə postsovet məkanı ölkələri ilə bağlı planları barədə danışıb: "Yazda Qazaxıstanda "Çöllərin səsi" filmini çəkəcəyik. Bundan sonra Çindən Özbəkistana keçərək, Türkiyəyə qədər olan Böyük İpək Yolu ilə bağlı 12 filmdən ibarət teleserialı ekranlaşdıracağıq. Jerar bu serialda Bizans imperatoru rolunu ifa edəcək. Gələn yay Azərbaycanda idmana həsr olunan böyük filmin hissəsini çəkəcəyik".

Xatırladaq ki, Depardye bu yaxınlarda Fransa vətəndaşlığından imtina edərək Rusiya pasportuna yiyələnib.