Gürcüstan prezidenti Bakıya gəlir

25 Fevral 2013 17:13 (UTC+04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıya gəlir. SİA-nın məlumatına görə, M.Saakaşvilli iki gündən sonra Azərbaycana rəsmi səfərə gələcəyini bildirib. O, bu barədə jurnalistlərin sualını cavablandırarkən deyib: "İki gündən sonra nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gedəcəyik"

Səfər zamanı Mixail Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Gürcüstan prezidenti Bakıda digər rəsmi görüşlər də keçirəcək.