"Bu tədbirlər daimi xarakter almalıdır"

25 Fevral 2013 15:32 (UTC+04:00)

"Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlər mütəmmadi xarakter almalıdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, bu soyqırımın dünyada tanıdılması üçün Azərbaycanda hüquqi baza yaradılıb: "Azərbaycanın diplomatik korpusları tərəfindən aksiyalar reallaşdırılır. Amma bu, kampaniya xatirinə olmalı deyil. İlk növbədə, Azərbaycan mətbuatı hər gün Azərbaycanın işğal olunmuş əraziləri, məcburi köçkünləri və azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirmiş soyqırımının xronikasını işıqlandırmalıdır. Bu, həm dünya ictimaiyyətini inandırmağa kömək edəcək, həm də şəhidlərimiz qarşısında mənəvi borcumuzu az da olsa ödəməyimizə kömək olacaq. Əgər belə tədbirlər Xocalı hadisələrinin ildönümünə az qalmış baş tutursa, bununla nəyəsə nail olmaq qeyri-mümkündür. Bu tədbirlərlə yanaşı, xarici ölkələrin dövlət orqanlarına, saytlarına, veb-səhifərinə, elektron ünvanlarına Xocalı soyqırımı ilə bağlı məlumatlar göndərməliyik".