1/4 final ilk oyunlarının başlama vaxtları açıqlanıb

25 Fevral 2013 13:53 (UTC+04:00)

Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının başlama vaxtları açıqlanıb. Siasport.az saytı matçların başlanma vaxtını təqdim edir:

27 fevral (çərşənbə)

"Simurq" – "Neftçi"
Zaqatala şəhər stadionu, 17:00

"Qəbələ" – "Qarabağ"
Qəbələ şəhər stadionu, 15:00

"Bakı" – "İnter"
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, 15:00

"Rəvan" – "Xəzər Lənkəran"
Bayıl Arena stadionu, 17:00