Öz halına güldü

25 Fevral 2013 12:50 (UTC+04:00)

Müvəffəqiyyətli və gözəl aktrisa Jennifer Lawrence 85-ci "Oscar" mükafatları gecəsində yıxılmaqdan xilas ola bilməyib. "Ümid işığım" filmindəki möhtəşəm çıxışı ilə ən yaxşı qadın aktrisa mükafatını almaq üçün səhnəyə çıxan zaman Lawrence bir anda yerə yıxılıb. Tez bir zamanda özünü toplayan aktrisa əliylə üzünü örtərək bir müddət bu talesizliyə gülüb. Yıxıldığı yerdən qalxan Jennifer Lawrence daha sonra səhnəyə çıxaraq mükafatını alıb.