Millimiz Finlandiyaya gedəcək

25 Fevral 2013 10:34 (UTC+04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 16-dan 25-ə qədər Finlandiyada təlim-məşq toplanışında olacaq. Siasport.az saytının məlumatına görə, yığmamız martın 18-də Finlandiya, martın 22-də və 24-də isə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunu keçirəcək.