İstanbulda Xocalı yürüşü

24 Fevral 2013 16:49 (UTC+04:00)

Bu gün İstanbulda Xocalı soyqırımı ilə bağlı anım yürüşü keçirilib. SİA xəbər verir ki, mindən çox insanın iştirak etdiyi aksiya Dolmabahçe sarayının qarşısından başlayıb və Beşiktaş meydanında başa çatıb. Yürüşdə "Xocalıya ədalət", "Qarabağ Türkündür,Türkün qalacaq" kimi şüarlar səsləndirilib.

Qeyd edək ki, İstanbul polisi yürüşün təhlükəsizliyini təmin edib. Aksiya insidentsiz başa çatıb.