Ermənilər “Serjik, davay do svidaniya” dedi - FOTO

24 Fevral 2013 12:27 (UTC+04:00)

Ermənistanda keçirilən prezident seçkilərinin nəticəsinə etiraz edərək meydana çıxan nümayişçilər "Serjik, davay do svidaniya" şüarı səsləndiriblər.

SİA erməni mətbuatına istinadən xəbər verir ki, "İrs" partiyasının lideri Raffi Ovannisyanın tərəfdarları Sarkisyanı azərbaycanlılara məxsus meyxana ilə istefaya səsləyiblər. Prezidentliyə namizəd olan və seçkilərin saxtalaşdırıldığını iddia edən, həmçinin seçkilərdə 37 fazi səs toplayan Ovannisyan seçkilərin nəticəsini baykot etmək üçün artıq dünəndən regionlara səfər etməyə başlayıb.


,