Şimali Koreya ABŞ-ı birbaşa hədələdi

23 Fevral 2013 22:02 (UTC+04:00)

Şimali Koreya Amerika Birləşmiş Ştatlarına ciddi xəbərdarlıq edib. Xatırladaq ki, Cənubi Koreyada yerləşən Amerika hərbiçiləri bu ölkə ilə birgə təlimlər keçirir. Pxenyan da bu səbəbdən yarana biləcək hər hansı bədbəxt hadisədə onların günahkar olacağını deyib.

Şimalı Koreya hərbi missiya rəhbəri Pak Rim-su iki ölkə arasında barışıq kəndi kimi tanınan Panmunjoma gəlib. O, Amerikanın Cənubi Koreydakı hərbi heyətinin rəhbəri general James Thurmana zəng vuraraq, onu telefonda çox ciddi şəkildə hədələyib və birgə hərbi manevrlərə son qoymağa çağırıb.

Politoloqlar Şimalı Koreya hərbi missiyasının rəhbərinin ABŞ generalına etdiyi bu zəngi nadir hallardan hesab edirlər və onsuz da gərgin olan konfliktin daha da dərinləşəcəyini düşünürlər.