Beynəlxalq layihə başa çatdı

23 Fevral 2013 13:41 (UTC+04:00)

Bu gün "Avropa Tələbələr Forumu-Bakı" ictimai birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi "Qafqaz Dağlarını Fəth Et! – Qış Universiteti" beynəlxalq layihəsinin yekunu ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, layihənin məqsədi dünya gənclərini xalqımızın milli adət-ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaqdır. Tədbirdə Avropanın müxtəlif ölkələrindən (İspaniya, Almaniya, Avstriya, Niderland, Rumıniya, Rusiya, Türkiyə, Gürcüstan, Macarıstan, İtaliya, Finlandiya, Slovakiya, Polşa, Belçika) olan 40 əcnəbi gənc iştirak edib.

Qeyd edək ki, AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 200-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 20 mindən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaq, gənclər arasında Avropa dəyərlərini təşviq etməkdir.