Xocalı soyqırımının ildönümünə...

23 Fevral 2013 13:10 (UTC+04:00)

25 fevral tarixində QHT Əməkdaşlıq Alyansının təşkilatçılığı və Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş kampaniyanın təqdimat mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində hazırlanan fərqli materiallar, video-roliklər, davam edən kampaniyalar təqdim ediləcək.
Qeyd edək ki, mərasimdə dövlət orqanlarının nümayandələri, QHT-lər, mətbuat və xarici ölkə səfirliklərinin nümayəndələri iştirak edəcəklər.