BMT “Xəbərlərsiz gün” kampaniyası elan etdi

23 Fevral 2013 12:21 (UTC+04:00)

BMT baş katibi Pan Gi Mun jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb və "Xəbərlərsiz gün" kampaniyası elan edib. SİA-nın məlumatına görə, kampaniyanın məqsədi həbs edilən, təqibə məruz qalan, qorxudulan jurnalistlərə cəlb etməkdir.

O, bildirib ki, hər həftə sadəcə öz işini yerinə yetirdiyinə görə bir jurnalist öldürülür: "Hər on haldan doqquzunda bu qətli törədənlər cəzasız qalır. Hər bir qətl – xəbərlərsiz gündür".

Pan Gi Mun qeyd edib ki, son 10 ildə öz vəzifə borcunu yerinə yetirən 600-dən çox jurnalist qətlə yetirilib. Ötən il 121 jurnalist öldürülüb ki, bu qətllərin üçdə biri Suriyada gerçəkləşib.