Üzündə 23 kiloqramlıq şişlə yaşayır

23 Fevral 2013 12:19 (UTC+04:00)

Sinir sistemindəki genetik pozğunluq nəticəsində sifətindən 23 kiloqramlıq şiş çıxan çinli Huanq Çunçayı görənlər şoka düşürlər.SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, keçirdiyi birinci əməliyyat nəticəsində şişin 13 kiloqramı alınıb. Hazırda çinli ikinci əməliyyatı gözləyir. Əməliyyata qədər isə zavallı Huanq 10 kiloqramlıq şişlə yaşamaq məcburiyyətindədir.