Bakının ən güclü boksçuları kimlərdir?

23 Fevral 2013 11:38 (UTC+04:00)

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olımpiya İdman Kompleksində boks üzrə (1995-96-cı il təvəllüdlü) Bakı şəhər birinciliyi keçirilib.

Siasport.az saytının məlumatına görə yarışda "MOİK", "Neftçi"İSM, "Lokomotiv"İSM, "DİN"İC, "Zenit" İC, "Rabitə"İK, "Naxçıvan"İK, "Hövsan"OİK, "Təhsil" RİM, "Gömrükçü" İSM, "Qızıl Əlcək" İK, ROİL, Sədərək İK, Sərhədçi, AZTV, 8 saylı UGİM, Sabunçu kimi 17 idman cəmiyyətini təmsil edən 100 iştirakçı 10 çəki dərəcəsi üzrə (49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq, +91 kq) mübarizə aparıb. Birincilikdə 49 kq çəki dərəcəsində I yerə Rövşən Şəbizadə (Təhsil RİM), 52 kq çəki dərəcəsində I yerə Elşən Abbasov (Qızıl Əlcək), 56 kq çəki dərəcəsində I yerə Fateh Kərəmli (Rabitə İK), 60 kq çəki dərəcəsində I yerə Sədi Hüseynli (ROİL), 64 kq çəki dərəcəsində I yerə Çingiz İslamov (Sədərək), 69 kq çəki dərəcəsində I yerə Emil Novruzov (Rabitə), 75 kq çəki dərəcəsində I yerə Elvin Məmmədov (Rabitə), 81 kq çəki dərəcəsində I yerə İnqilab Məmmədli (DİN İC), 91 kq çəki dərəcəsində I yerə Elnur Abdullayev (Neftçi İSM), +91 kq çəki dərəcəsində I yerə Teymur Vəliyev (Neftçi İSM) layiq görülüb.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.