Bojidar Bandoviç: "Qol hesaba alınmalı idi”

23 Fevral 2013 09:32 (UTC+04:00)

Topaz Premyer Liqasının 21-ci turunda "Simurq" doğma meydanda "Bakı" ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, gərgin idman mübarizəsi şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Matçdan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırırıq:

George Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Çox çətin oyun idi. Hər iki komandanın qol imkanları oldu. Komanda yaxşı oyun göstərdi, bir xal qazandıq".

Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: "Oyun bizim üstünlüyümüzlə keçdi. Bizim üçün vacib oyun idi. Altılığa düşmək üçün az da olsa, şansımız qalır. Komandamın bu cür oyunu ilə razı deyiləm. Penalti epizodunda top qapıçının əlinə dəyibsə, qol hesaba alınmalı idi".