Əli Həsənov: “Ümid edirik ki, TBMM də buna hüquqi qiymətini verəcək”

22 Fevral 2013 16:45 (UTC+04:00)

"Ümid edirik ki, TBMM də yaxın gələcəkdə buna hüquqi qiymətini verəcək". SİA-nın verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin suallarını cavablandırarkən deyib. PA rəsmisi bildirib ki, Türkiyə hökuməti, Türkiyə Böyük Millət Məclisi gələcəkdə Xocalı soyqırımına mütləq müvafiq qiymət verəcək: "İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əksəriyyəti Xocalıda baş verən hadisəni soyqırımı adlandırıb. Xocalı soyqırımını dünyada 3 ölkə tanıyıb - Kolumbiya, Meksika və Pakistan. Faciə ABŞ-ın 6 ştatında tanınıb, Rumıniya və digər ölkələrdə müzakirədədir. Türkiyə parlamentində bir neçə dəfə dinləmələr keçirilib. Bələdiyyələr səviyyəsində qiymət verilib. Ümid edirik ki, TBMM də yaxın gələcəkdə buna hüquqi qiymətini verəcək".