Rəqsanənin saçlarına nə oldu?

22 Fevral 2013 17:22 (UTC+04:00)

Övladları ilə Moskvaya yerləşən müğənni Rəqsanə yaradıcılıq işlərinə davam edir. Fevralın 25-də bu məqsədlə Türkiyəyə yola düşəçək sənətçi SİA-ya açıqlaması zamanı planları barədə bunları deyib: "Son aylar Azərbaycandan çox Moskvada oluram. Səbəblərdən ən birincisi Aysunun təhsili ilə bağlıdır. Qızlarımı anama etibar edib, bir neçə həftəyə Türkiyəyə gedirəm. Oradakı işlərimin təfərrüatı barədə mətbuata danışmışam. Səfərim zamanı albomun tamamlanma işləri, klip çəkilişləri, serialla bağlı danışıqlar baş tutacaq. Bunun ardınca təqdimatlarım gözlənilir".

Bir neçə gün əvvəl uzun saç qaynaqlarını çıxaran müğənni bu imicdən uzaqlaşmadığını da deyib. Rəqsanə elə bu gün rus ustalarının xidmətindən bəhrələnib, yenidən uzun saçlara qovuşacaq.