Əli Həsənov: "ABŞ bu tələbləri nəzərə alacaq"

22 Fevral 2013 17:10 (UTC+04:00)

"Ağ Evin rəsmi saytında yerləşdirilən Petisiya nəticəsində həm Xocalı soyqırımına, həm də Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına daha da çox diqqət ayrılacaq, normal qiymət veriləcək". SİA-nın xəbərinə görə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə deyib.

O bildirib ki, xalqdan gələn istəklərin reallaşdırılması prosedur qaydadır: "Bu qaydaya müvafiq olaraq Amerika administrasiyası da bu tələbləri nəzərə alacaq".