Hacı "Qalatasaray"ın qələbəsinə inanır

22 Fevral 2013 15:29 (UTC+04:00)

"Qalatasaray"ın "Şalke" ilə 1:1 hesabı ilə bitən qarşılaşması, hələ də müzakirə predmeti olaraq qalır. Siasport.az saytı xəbər verir ki, bu dəfə "Qalatasaray"ın əfsanəsi olan Georgi Hacı maraqlı açıqlama ilə çıxış edib. Keçənlərin ulduz futbolçusu bildirib ki, İstanbuldakı 1:1 hesablı nəticəyə baxmayaraq, o, keçmiş komandasının növbəti mərhələyə adlayacağına inanır. "Qalatasaray"ın yeni transferləri barədə danışan G.Hacı bildirib ki, Uesli Sneyder hələ də formada olmadığı və Didye Droqba da komandaya tam alışmadığı üçün komanda çətinlik çəkir. Amma G.Hacı qeyd edib ki, Almaniyadakı cavab qarşılaşmasında çətin olsa da, "Qalatasaray"ın qalib gələcəyinə inanır.