Ayxan Abbasov karyerasına son qoydu

22 Fevral 2013 14:48 (UTC+04:00)

Futbol üzrə Azərbaycanın olimpiya yığmasının sabiq üzvü Ayxan Abbasov karyerasına son qoyub. Siasport.az xəbər verirki 31 yaşlı müdafiəçi aşağı divizion klublarından təklif alsa da, onları dəyərləndirməmək qərarına gəlib.

"Turan", "Qarabağ" və "İnter"in əsas heyət üzvü olmuş A.Abbasov məşqçilik karyerasına başlamaq fikrindədir.