"Saqqalı sinəsinə qədər düşənləri..."

22 Fevral 2013 14:12 (UTC+04:00)

"Əlbəttə bizim dinimiz var, və biz ona qulluq edirik. Amma qanunda dəyişikliyi dəstəkləyirəm. Çünki biz çalışmlıyıq ki, qısa şalvarlıları, saqqalı sinəsinə qədər düşənləri cəmiyyətdən təcrid edək". SİA-nın məlumatına görə, bunu deputat İlham Əliyev "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

"Axşamlar bulvara çıxanda onlara nifrət edirsən. Çalışıb onları indivuadal və ya kompleks şəkildə cəmiyyətdən tədric etməliyik. Yəqin ki, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklərdə bu da nəzərdə tutulub. Biz çalışacağıq ki, gələcəkdə bu ünsürlər tamamilə aramızdan yığışdırılsın".