"Liverpul"a daha bir zərbə "Zenit"dən gəldi

22 Fevral 2013 11:33 (UTC+04:00)

İngiltərə "Liverpul"u daha bir uğursuzluğa "imza atıb." Siasport.az saytı xəbər verir ki, futbol üzrə İngiltərə Premyer Liqasında işləri yaxşı getməyən "Liverpul", bu dəfə UEFA Avropa Liqasından kənarda qalmaqla, azarkeşlərini növbəti dəfə üzməli olub. Belə ki, ilk qarşılaşmada səfərdə Rusiya "Zenit"inə 0:2 hesabı ilə məğlub olan "Liverpul", dünən öz meydanında Sankt- Peterbuq təmsilçisini 3:1 hesabı ilə məğlub etsə də, iki oyunun nəticəsinə görə novbəti mərhələyə qonaq komanda adlamalı olub.