“Qarabağ” "Rəvan"la oyuna hazırdır

22 Fevral 2013 11:22 (UTC+04:00)

"Qarabağ" "Rəvan"la oyuna hazırdır. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XXI turunda "Rəvan"ın qonağı olacaq Ağdam təmsilçisi artıq hazırlıqlarını bitirərək, oyun saatını gözləyir.

Premyer Liqanın ilk dövrəsində qolsuz bərabərliklə razılaşan "Qarabağ" klubu yalnız qələbəyə köklənib. Komandada Branimir Subaşiçin meydana çıxmayacağı dəqiqləşib. Kristian Torres də bu oyuna tam hazır deyil. Buna baxmayaraq, "Qarabağ" tam olaraq "Rəvan"la görüşdə 3 xal qazanmaq niyyətindədir.
Qeyd edək ki, "Rəvan" - "Qarabağ" oyunu bu gün saat 15:00-də "Bayıl Arena"da keçiriləcək.