Salyan rayonunda yanğın

22 Fevral 2013 09:15 (UTC+04:00)

Salyan rayonunda yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, rayonun Varlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 21 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə və içərisində 1 ədəd 5 litrlik propan qaz balonu yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.