Microsoft “internet qucaqlaşma”nı patentləşdirib MARAQLI

21 Fevral 2013 20:35 (UTC+04:00)

İdeyanın mahiyyəti internetə qoşulan qurğulardan uzaq məsafədə fiziki hərəkətlərə bənzətmək üçün istifadə etməkdən ibarətdir. Sistem çoxlu hərəkətləri ötürə biləcək.

Microsoft şirkəti müxtəlif yerlərdə olan insanlara fiziki cəhətdən əlaqə saxlamağa - ünsiyyətdə əl sıxmağa və qucaqlaşmağa imkan verən "internet qucaqlaşma" texnologiyası üçün patent alıb.

İdeyanın mahiyyəti internetə qoşulan qurğulardan uzaq məsafədə fiziki hərəkətlərə bənzətmək üçün istifadə etməkdən ibarətdir. Sistem çoxlu hərəkətləri ötürə biləcək. "Məsələn, qucaqlaşmaq, əl sıxmaq, əşyaların yerini dəyişmək, lövhədə sözlər yazmaq və s.", - patentdə deyilir.

Microsoft əl sıxmanın necə baş verəcəyini ətraflı şəkildə izah edir. İnsan xüsusi kontrolleri tutmalı və silkələməli, onun həmsöhbəti isə bu hərəkətləri hiss etmək üçün analoji qurğudan yararlanmalıdır. Qeyd etmək lazımdır ki, əl sıxmanın gücü və silkələnməsi ilə yanaşı, "sürtünmə, toxunma və toxunuş hissləri" də ötürüləcək. Bundan başqa, "elektrostimulyasiya, fiziki müqavimət, temperaturun dəyişməsi, səs, təzyiq, qurğunun teksturasının dəyişməsi və hissiyyatın ötürülməsi" kimi digər üsullardan da istifadə olunacaq.Microsoft şirkəti müxtəlif yerlərdə olan insanlara fiziki cəhətdən əlaqə saxlamağa - ünsiyyətdə əl sıxmağa və qucaqlaşmağa imkan verən "internet qucaqlaşma" texnologiyası üçün patent alıb.

İdeyanın mahiyyəti internetə qoşulan qurğulardan uzaq məsafədə fiziki hərəkətlərə bənzətmək üçün istifadə etməkdən ibarətdir. Sistem çoxlu hərəkətləri ötürə biləcək. "Məsələn, qucaqlaşmaq, əl sıxmaq, əşyaların yerini dəyişmək, lövhədə sözlər yazmaq və s.", - patentdə deyilir.

Microsoft əl sıxmanın necə baş verəcəyini ətraflı şəkildə izah edir. İnsan xüsusi kontrolleri tutmalı və silkələməli, onun həmsöhbəti isə bu hərəkətləri hiss etmək üçün analoji qurğudan yararlanmalıdır. Qeyd etmək lazımdır ki, əl sıxmanın gücü və silkələnməsi ilə yanaşı, "sürtünmə, toxunma və toxunuş hissləri" də ötürüləcək. Bundan başqa, "elektrostimulyasiya, fiziki müqavimət, temperaturun dəyişməsi, səs, təzyiq, qurğunun teksturasının dəyişməsi və hissiyyatın ötürülməsi" kimi digər üsullardan da istifadə olunacaq.